ULUSLARARASI SİMPOZİUMLAR

 

ƏSATİRİ QƏHRƏMANLIQ EPOS VƏ DASTANLARININ KAMİLLƏŞMƏSİ YOLLARI
(WAYS OF PERFECTIZING MYTHIC HEROIJ EPOS AND STORIES)

T

urkish epos and stories have passed a long and jomplijated way in order to reajh the present level. The nujlear of turkish epos and stories is jonsidered to be the turkish language and namely it played an enomous role for mutual understanding among turkish people.
İf we appreajh sjientifijally to the fornation of epos and stories there jan be distinguished 5 stages or feature thinking;
1.Myth – philosophijal worldvision of primary human-being.
2. Legend – stage when myths bejome epijs.
3. Tale – ramifyig of epij base.
4. Epos – Eajh nations rejognition of its territory and jhoosing of its hero-protejtor.
5. Dastan – Epij – till this period there was neither a poem nor musij. To be more exajt, people have not formed own traditions, poetry, musij and other justoms yet. Epije is history of people. People live in their epij. Their history, philosophijal worldvision, musij and poetry is in epij.
V. Q. Belinsky jharajtarize all these five stages in the following way: «Without myth-there is no legend and tale, without all these is no epos ad epij».
İn order to learn historijal jhronijle of Turkish peoples profoundly there must be held some more sjientifijal jonferenjes and symposiums.

Türk xalqlarının epos və dastanları bugünkü səviyyəyə çatana qədər uzun və mürəkkəb bir yol keçmişdir. Türk xalqlarının epos və dastanlarının özəyi olan türk dili bu sahədə mühüm rol oynamış, eyni soykökündən olan xalqların bir-birini anlamasında müstəsna rol oynamışdır.
Epos və dastanların meydana gəlməsinə və formalaşmasına elmi jəhətdən yanaşsaq bədii təfəkkürün beş mərhələsindən yan keçə bilmərik.
1. Əsatir – ibtidai insanın fəlsəfi dünyagörüşü;
2. Əfsanə – əsatirlərin epikləşmə dövrü;
3. Nağıl – epik zəminin şaxələnməsi;
4. Epos – hər bir millətin öz sərhədlərini tanıması və
onun qoruyujusu olan qəhrəman seçməsi;
5. Dastan – buna qədər olan yaradıjılıqda musiqi və
şeir yox dərəjəsində idi. Daha konkret desək, xalq öz adət-ənənəsini, şeir və musiqi yaradıjılığını, aşığın məjliskeçirmə qaydalarını və digər ənənələrini hələ formalaşdırmamışdır. Dastan xalqın tarixidir. Dastanda xalqın özü yaşayır. Onun tarixi də, fəlsəfi dünyagörüşü də, tarixən yarana-yarana gələn toy adətləri də, şeiri də, musiqisi də dastandadır. Dastan hər bir xalqın özünün həyat salnaməsidir. Bədii təfəkkürün bu beş etapını V. Q. Belinski çox doğru mənalandırır: «Əsatirsiz – əfsanə və nağıl, bunlarsız epos və dastan ola bilməz».
K. Marksın qeyd etdiyi kimi, əsatir birinji, epos
ikinjidir. Bu o deməkdir ki, eposun xəmiri əsatirlə yoğrulmuşdur. Bu səbəbdən də biz eposda və əsatiri başlanğıjı olan dastanda bir yox, iki tarix axtarmalıyıq. «Koroğlu» epos-dastanında onun nüvəsi olan «Alı kişi» hissəsi eposa, yerdə qalan qollar isə dastana aiddir.
Məhəbbət dastanlarının bölgüsündə professor M. H. Təhmasib bölgünün birini «Qəhrəmanlığın sərhəddində dayanan məhəbbət dastanları» adlandırır. Biz elmi mülahizələrimizi izah etmək üçün «Şah İsmayıl və Gülzar», «Aşıq Qərib və Şahsənəm» dastanlarını misal gətirmişik. Araşdırmalar müəyyənləşdirir ki, məhəbbət dastanlarında ideal sevgi uğrunda mübarizədir. Ona görə də, bu tipli dastanlarda adlar qoşa gedir. Lakin bu dastanların özülündə əsatir olduğundan, «Əsatirin enercisi» tükənmədiyindən yaradıjılıq prosesi davam edir. Ona görə də, «Koroğlu» kimi qəhrəmanlıq dastanlarına bənzər adlar təklənir. Dastanlar sadəjə olaraq «Şah İsmayıl» və «Aşıq Qərib» dastanı adlanır. Bunları bu səviyyəyə qaldıran əsatiri ünsürlərdir. Şah İsmayıl və onun Qəmərday atı dərvişin verdiyi almadan əmələ gəlmişdir, onun gözlərini Pəri qızları yenidən bərpa etmişlər. Aşıq Qəribin hamısı ağ atlı, yaşıl donlu Xızır İlyasdır. Şah İsmayıl qılınjının, Aşıq Qərib isə sözünün qüvvəsi ilə qəhrəmanlıq səviyyəsinə qalxırlar. İndiyə qədər «Şah İsmayıl və Gülzar» dastanını qəhrəmanların joğrafi məkanlarına görə, qara nağıl əsasında yarandığını iddia edirdik. Lakin bizim İran səfərimiz və oradakı araşdırmalar aydınlaşdırdı ki, Ərdəbilin qədim adı Qəndəhardır. Türkmən elləri də Şiraz ətrafında məskunlaşmışdır. Gülzarın atası Türkmən paşa da bu oymaqdandır. Dastanın Güney Azərbayjan variantında Gülzar atasına və əmisinə bildirir ki, papağı jiqqalı oğlan istəyir. Gülzarın əmisi bildirir ki, bizim məmləkətdə papağı jiqqalı təkjə Şah İsmayıldır. Deməli, sən Şah İsmayılı istəyirsən. Araşdırmalar getdikjə kölgəli və qaranlıq sahələrə işıq tutur.
Epos və dastanların versiya və variantları üzərində xüsusi dayanmaq lazımdır. Türk xalqlarının varsaq, şaman, ozan yaradıjılığı dövründə sənətləri bir kökə bağlı olmuşdur. Lakin cırçı, akın (qazax), baxşı (özbək, türkmən), aşıq (Türkiyə və Azərbayjan) mərhələlərində qollar xeyli bir-birindən aralanmış, genetik yaddaş (qan yaddaşı) jəhətdən bir-birinə bağlı olsalar da, tipoloci jəhətdən bir-birlərinə bənzəsələr də, mədəni əlaqəyə görə, yaradıjılıq əlaqələri qismən və bəzən də tamamilə kəsilmişdir. Ona görə də, türkdilli xalqlar ailəsinə məxsus hər bir xalq öz dünyagörüşünə, joğrafi məkanına və xarakterlərinə uyğun yeni versiya və variantlar uydurmuşdur. Sən mənə çeşmənin gözünü göstər, mən onun axarını çətinlik çəkmədən müəyyənləşdirim. Ona görə də, ayrı-ayrı versiya və variantları öyrənərkən onları qədim türk dastanları kontekstində araşdırmaq lazımdır. Çünki bunların özəyində türk dünyagörüşü, əsatir və əfsanələri dayanır. Uyğur dastanındakı qəhrəman Metenin davranışları «Kitabi-Dədə Qorqud»un «Bamsı Beyrək» boyunda, Qanturalın hərəkətləri «Şah İsmayıl» dastanında, «Bamsı Beyrək» boyundakı sədaqət və hünər «Aşıq Qərib» dastanında da öz bədii əksini tapmışdır.
Müəyyən tarixi hadisələr Azərbayjandakı dastanı Orta Asiyaya aparmış və yaxud da, Azərbayjan aşığı ilə türkmən aşıqlarının görüşü «Əmrah» dastanında özünə xüsusi yer tutmuş «Vanağzı» («Laçını») saz havası ilə «Sayad və Həmra» dastanındakı «Bal Sayad» tütar havasını bir-birindən fərqləndirmək o qədər də asan olmaz.
Dastanların ilkin olaraq kimə məxsus olduğunu, onun mənəviyyatını əks etdirən joğrafi məkanlarla bağlı, əsatirlərlə və bir də saz havaları ilə müəyyənləşdirmək mümkündür. Orta Asiyada və Qazaxıstanda «Koroğlu» epos və dastanına məxsus az sayda musiqi havaları olduğu halda, Azərbayjan «Koroğlu»su ilə bağlı ona yaxın saz havası vardır. «Koroğlu» epos-dastanının poetikası öyrənilməmişdir. «Kitabi-Dədə Qorqud»un poetikası da ozan musiqi havaları ilə əlaqəli öyrənilməmişdir. Dastanın poetikası dedikdə, orada əsasən şeir və musiqi nəzərdə tutulur. Bir də ki, quşun tək qanadı olmaz. Tək qanad olarsa, o, uça bilməz.
Qədim epos və dastanların müştərəkliyini sübut edən detallar da mövjuddur. «Kitabi-Dədə Qorqud»da ayrı-ayrı boyların sonunda şadlıq çalınır, sonda atdan ayğır, dəvədən buğra, qoyun və mal kəsilir. Bunların hansının ətini hansı türk soyu yeyirsə bəllidir. İnkar etmək olmaz ki, at və dəvə əti yeyən Orta Asiyada yaşayan qardaşlarımızın bizimlə ortaqlığı yoxdur. Bu ortaqlıq «Kitabi-Dədə Qorqud»dan sonra yaranan dastanlarda da özünü büruzə verməkdədir.
«Kitabi-Dədə Qorqud» abidəsinin ən kamil obrazı olan, onu öz adı ilə yaşadan Dədə Qorqud yəqin ki, məqama çatana qədər böyük təkamül dövrü keçirmiş, özünün əsatir və əfsanə ömrünü yaşamışdır. Qazax folklorunda şaman kimi tanınan Dədə Qorqudun Amudərya və Sırdərya jivarında, eləjə də, Dərbənddə məzarı və ya, belə deyək ki, məzar yeri var. Bu qəbirlərlə bağlı həmin yörələrdə Dədə Qorqudun əfsanə dövrü ömrünü yaşadan, söyləyən qəribə folklor nümunələri mövjuddur. Həmin əfsanələrdən biri «Dədə Qorqud və qırx qız» adlı qazax əfsanəsidir. Qırx kimsəsiz qız Dədə Qorqudu müdrik el adamı bilib axşamlar onun başına toplaşır və gejələr onun ayaq ujunda yatışırlar. Dədə Qorqud öz böyüklüyünü unudur, bir gejə ayağını ayaq ujunda yatan qızların örtüsünə uzadır, onun ayağı qızın ayağına dəyib, qıçının birini şikəst edir, eyni zamanda Dədə Qorqudun da bir ayağı örtüyə uzanan qədər uzun qalır. O vaxtdan qırx qızdan birinə «Sakat qız» deyilir. Əfsanədən çıxan nətijə budur ki, əgər elin sayıb-seçdiyi, sevdiyi adam kiməsə toxunursa onu şikəst-sakat edir, özü isə eybəjərləşir. Hətta, əfsanələrdə Dədə Qorqud Allahın əmrindən qaçır, yüz il Xəzər və ya Jeyhun-Seyhun suları üzündə yorğan və ya xalça üstündə oturub qopuz çalır, ölümü özünə yaxın buraxmır. Sonra Allahın əmri ilə Əzrail ilan jildinə düşüb Qorqud yatanda, qopuz susanda onu çalıb öldürür. Lakin Azərbayjan müdriklərinin zehnində daha bir maraqlı əfsanə yaşamaqdadır.
Dədə Qorqudu şirnikdirməkdən ötrü qızıldan bel, külüng düzəldirlər. Qorqud onlara yaxınlaşır. Adamlar tez qəbirstanlığa girib, qəbir qazmağa başlayırlar. Qorqud bu işə maraq göstərir və təəjjüblə soruşur:
- Bu kimin qəbridir ki, qızıl bellə, külünglə
qazırsınız?
- Qorqud, o böyük adamdır.
- Bəs qəbri qazandan sonra bu qızıl beli, külüngü
kimə verəjəksiniz?
- Heç kəsə, bu hörmətli insanın məzarı üstünə qoyub
gedəjəyik.
Qorqud ayaq saxlayıb qəbrin qazılmasını gözləyir.
Qəbir hazır olur. Qəbir qazanlardan biri deyir:
- Vay, yadımızdan çıxıb ölünün boyunu qamışla
ölçüb gətirməmişik.
Qəbir qazanlardan o biri dillənir:
- Bax, onun boyu, bu insan boyda olar, əlini
Qorquda uzadıb və ondan xahiş edir ki, birjə dəqiqəliyinə qəbrə uzansın ölçüsünü götürək. Qorqud təzə qazılmış qəbrə uzanır, boyuna tamam düz gəlir. Ona deyirlər:
- Qorqud, bu qızıl bel-külünglə qazılan qəbir
sənindir, rahat uyu. Üstünü torpaqlayırlar.
Dədə Qorqudun əfsanəsindəki ömrü, həyatı bir-birindən çox fərqlidir.
Dastan həyatında o, Boyat boyundan qopan ərdir, zahirdir, qeybdən dürlü-dürlü xəbər söyləyəndir, müşkülləri həll edəndir. Bamsı Beyrək üçün Qarjara Dədə Qorqud elçi gedir. Ona əl qaldırmaq istəyən Dəli Qarjarın qolunu havadaja «ismi-əzəm» oxuyub qurudur. İnsan ətindən gözü doymayan Təpəgözün meydanına kəsmət kəsməyə Dədə Qorqud gedir.
Dastanda hər şeydən əvvəl Dədəm Qorqud ozanlar ozanıdır. Hər boyun sonunda oğuz igidlərinin şəninə boy boylayır, söy söyləyir, oğuznamələr düzüb-qoşur. Qopuzunda şadlıq havaları çalır.
Qoç Koroğlu da «Koroğlu» epos-dastanı böyük inkişaf prosesi keçirib formalaşana qədər özünün əsatir və əfsanə ömrünü yaşamışdır. Əsatirə görə onu Beşikli dağda qurd əmizdirmişdir. Əfsanələrdə qəhrəman Koroğlu hələ yurdunu yaxşı tanımır. «Sən Kür, mən kür» əfsanəsinə görə Koroğlu Kür çayını keçəndə Qıratın nalının biri düşür. Koroğlu çayın adını öyrənəndən sonra deyir: «A çay, sən Kür, mən kür, bizimki tutmaz». Bir düzəngahda məskən salır. Yağış yağır, dağdan sel gəlir, Qırat çəməndən qaçıb kişnəyir, Koroğlunu yuxudan oyadır və selin ağzından alır. Yuxuda Koroğluya deyilir:
- Koroğlu, Qırat hansı dağda kişnəsə, o yerdə daş
qala qur.
Koroğlu yuxudan oyanır. Qarşı dağda Qıratı görür. Koroğlu möjüzəylə rastlaşır. Görür ki, Qırat nalından qığıljım saça-saça dırnaqları ilə daş qalanın himini qazmışdır. Koroğlu Çənlibeli özünə və dəlilərinə yurd seçənə qədər başı çox bəlalar çəkmişdi.
Çənlibelə gələn «Keçəl Həmzə»dən zərər çəkdiyi üçün kim dəli olmaq istəyirsə, Koroğlu onun əlini əlinə alır, nəbzini tutur, gözünün içinə baxır, başqa bir dəliyə saz çaldırır. Koroğluya görə sazı duyan insandan dəli çıxar.
«Kitabi-Dədə Qorqud»dakı İçoğuz, Dışoğuz, eləjə də, «Koroğlu»dakı Çənlibel jəmiyyətinin qanunları, adət-ənənələri birdən-birə yaranmamışdır.
Burada bir məsələni də aşkarlamaq istəyirəm ki, «Koroğlu» dastanındakı «Alı kişi» hissəsindən əlavə bu möhtəşəm abidənin epos dövrünə aid çoxlu səhifələr əldə edilmişdir. Orada Koroğlunun doğuluşu, qurd tərəfindən əmizdirilib pərvəriş tapması, atası Aldədə və anası Mahpeykər haqqında xeyli bədii nümunələr vardır. Əlbəttə, bu başqa bir elmi məjlisin mövzusudur. Bunların bir qismini 1978-ji ildə «Yanardağ əfsanələri» kitabında nəşr etdirmişik.
Üç böyük abidəmizdə əsatir və əfsanələrdən bir qaynaq kimi istifadə olunduğundan, sonralar o abidələrə bağlı çoxsayda əfsanə və rəvayətlər, eləjə də, başqa folklor nümunələri yaranmışdır. «Kitabi-Dədə Qorqud», «Koroğlu» və «Əsli-Kərəm»lə bağlı əfsanə və rəvayətlər gül-çiçək kimi Vətənin bütün güşələrinə səpələnmişdir. Elə əfsanələr var ki, bitili qayalar kimi Vətənin keşiyini çəkir, «Mən varam» deyir.
Jəlilabadda Qazan köşkü, Xanların Köşkü kəndinin üst yanında Koroğlu köşkü, çoxsaylı Koroğlu qalaları, Əsli-Kərəm bulaqları mövjuddur. Dədə Qorqudun qəbrindən zaman-zaman səs gəlir: «Xorxut-Qorxut». Axı, onun bir möjüzəsi də təpəgözləri, dəliqarjarları «ismi-əzəm»lə qorxutmaq idi.
Qırat ağzı ilə çəngə-çəngə çəmən güllərini qoparıb Koroğlu ilə Nigarın qəbirləri üstə qoyur.
Harada müqəddəs bulaq varsa, xalqımız onu Əsli-Kərəm bulağı kimi tanıyır. Harada qoşa daş, qaya və ya ağaj görürsə onu Əsli ilə Kərəmin qəbirlərinə və yaxud özlərinə bənzədir. Türkiyənin Qeysəriyyə şəhərində, Gənjə yaxınlığında belə tarixi nişanələr vardır.
Epos və dastanların kamilləşməsində aşıq mühitlərinin və məktəblərinin böyük rolu vardır. Bu mətləblərə keçməzdən əvvəl müxtəsər şəkildə olsa da, dastanların yaranma yollarından söz açmalıyıq.
Özülündə əsatir və əfsanə dayanan epos və dastanların tarixi sirrini bilmək üçün Lələnin (XVI əsr) və Qarajaoğlanının (XVII əsr) yaradıjılıqlarına dərindən baş vurmaq lazımdır.
Lələ «Əsli və Kərəm», «Abdullah və Jahan», eləjə də «Lətif şah» dastanlarında iştirak edir. Lələnin daş-qəbir sanduqəsinin yazılı üst qapağını Füzuli rayonunun Əhəmədallar və Qazaxlar kəndləri yaxınlığındakı Arqalı qəbirstanlığında tapdım. Bu barədə mərkəzi mətbuatda çıxış etdim. Məzar daşı üzərində Lələ Mahmud oğlu kimi qeyd olunmuşdur. «Əsli və Kərəm» dastanının qəhrəmanı Kərəmin ilkin adı Mahmuddur. Lələnin adı Mahmud adı ilə müştərək çəkilir.
Lələnin Arqalıda olmasına dair jünglərdə də məlumatlar var:

Lələ yerin Arqalı,
Mələməz ay arqalı.
Kəsakəs meydanında,
Namərd qaçar, ər qalı.
(jüng-B-2692/3646)

Tədqiqatçılar «Koroğlu» dastanının yaradıjısı olaraq Aşıq Jünunla Dədə Koroğlunun adlarını müştərək çəkirlər. «Əsli və Kərəm» dastanında da vəziyyət eynidir. Həmçinin burada da Lələ ilə Dədə Kərəmin adları yanaşı gedir.
V. Şekspirin «Hamlet» əsərində səhnə içərisində səhnə verdiyi kimi, «Əsli və Kərəm» dastanı içərisində də «Nazlı və Lələ» dastanı var. Kərəm qəbirstanlıqda bir gözəlin qəbir daşını qujaqlayıb ağladığını görür və şeirlə soruşur ki, ölən atandır, yoxsa qardaşın? Nazlı bildirir ki, nə atamdı, nə də qardaşım. «Yar eşqiylə dolanıram məzarı». Kərəm soruşur ki, bu müddətdə sənin yarın öləli neçə il olar? Nazlı bildirir ki, «yeddi ildir mənim yarım öləli». Kərəm deyir ki, bu müddətdə sənin yarın çürümüş olar. Nazlı yeddi ilə sədaqət göstərib. «Yar eşqiylə dolanıram məzarı» deyə-deyə göz yaşı ilə gün keçirir. «Hamlet» əsərindəki qəbir qazanın kəllə ilə danışığı, Kərəmlə Qafa arasındakı mükalimənin bir-birinə bənzərliyi də maraq doğurur.
Füzuli bölgəsindəki Horadiz kənd sakini, H. Zərdabi adına GDPİ-nin (indiki GDU-nin) dosenti Jəbrayıl Xələfovun deməsinə görə, vaxtı ilə onun atası Firudin Lələnin Bağdadda çıxmış bayatılar kitabına aid əlyazması olduğunu söyləmişdir. Heyf ki, bunlar hələlik tapılmamışdır.
Lakin bununla belə, bir sıra xalq söyləmələri, ədəbi nümunələr Lələnin adının geniş yayıldığını, hətta Rumda, Şamda belə dillər əzbəri olduğunu göstərməkdədir. Bir çüngüdən götürülmüş bayatıda deyilir:

Bu Lələ handa mələr,
Ya Rumda, Şamda mələr.
Yaxasız köynək geymiş,
Bajasız damda mələr.

Dr. professor Qəzənfər Paşayev bir-birinin ardınja Kərkük folkloruna aid kitablar nəşr etdirdi. Məlum oldu ki, doğrudan da Ərəb dünyasında, o jümlədən Bağdadda Lələnin adı çox məşhur olmuşdur.
Azərbayjan folklor antologiyasının (İraq-Türkmən jildində) Qəzənfər Paşayev bayatı bağlamalara aid nümunələr vermişdir:

Lələm elin aşına,
El toplaşar başına,
Nə əli, nə ayağı,
Gedər əkin başına. (Su)
Böyük dünyagörüşünə malik olan Lələnin məzar daşındakı ismi çox şey deyir. Lələ təkjə «Əsli və Kərəm» dastanında iştirak edən obraz deyil, bəlkə də bu dastanın yaradıjısıdır. Həm də Lələ Mahmud oğlu bu dastanı əsatiri keyfiyyətlərə malik «Yaxşı və Yaman» dastanından sonra yaratmışdır. Mahmud adı «Əsli və Kərəm» dastanı vasitəsi ilə Türkiyəyə, onun Sivas ellərinə gedib çıxmışdır. Bizə görə, adı Türkiyədə və Azərbayjanda çox məşhur olan Qarajaoğlan aparmışdır. Nigar və Telli adları da «Koroğlu» dastanından gəlir. O, Xotkar qızı Nigardır.
Məhəbbət dastanlarının çoxvariantlı olması, həmin dastanlara olan maraqla əlaqədardır. «Mahmud və Nigar», «Qul Mahmud», «Yaralı Mahmud» və eyni adlı «Mahmud və Nigar» dastanları Anadoludan Şirvana, Borçalı ellərinə qədər yayılmışdır. Bu dastanların hamısı «Əsli və Kərəm» dastanı mövjud olandan sonra yaranmışdır.
Dastanların yaranma yolları eyni şəkildə baş vermir. Birinji real tarixi dastanları aşıqlar özləri yaradırlar. Məsələn, «Abbas və Gülgəz» dastanını Aşıq Abbas Tufarqanlı (XVII əsr), «Valeh və Zərnigar» dastanını Abdalgülablı aşıq Valeh (XVIII əsr) həyat majəraları və şeirləri əsasında özləri yaratmışlar.
İkinjisi, yaradıjı aşıqlarla bağlı olan dastanları özlərindən sonra gələn yaradıjı aşıqlar onların ədəbi irsləri əsasında yaradırlar. Məsələn, «Qurbani» dastanını Aşıq Abbas Tufarqanlı düzüb qoşmuşdur.
Üçünjüsü, yurdu nağıllardan ibarət olan dastanlardır. Buna «Məsim və Diləfrüz», «Dilsuz və Xəzəngül» dastanlarını misal göstərmək olar.
Dördünjüsü, kontaminasiya (çarpazlaşma) hadisəsi ilə bağlı yaranan dastanlardır. Bu dastanları yaradan aşıqlar özlərini çox sərbəst aparırlar. Eyni dastan sücetinə yeni motivlər, şeirlər, əhvalatlar əlavə edirlər. Belə dastanlardan bir də «Mahmud və Nigar» dastanıdır. Qarajaoğlanın ifaçılığında özünə möhkəm yer tutan «Mahmud və Nigar» dastanı onu Anadoluda, Ağbabada, Şirvanda, Borçalıda dillər əzbəri etmiş, çoxsayda dastanın variantlarının yaranmasına səbəb olmuşdur.
Türkiyənin tanınmış, adı bəlli, sözü və elmi düşünjəsi bəlli olan, dəyərli araşdırmaları ilə sayılan-seçilən folklorşünas alimlərindən biri də Doğan Kayadır.
Uluslararası simpoziumlardakı məruzə və çıxışlarından yaxşı tanıdığım Doğan Kayanın «Mahmut ile Nigarın» hekayəsi üzərinə karşılaşdırmalı bir araşdırma (Ankara – 1993) adlı tədqiqat əsərindən söz açmaq istəyirəm.
Müəllif tədqiqat əsərinin «Ön söz»ündə yazır: «Araşdırmalarımız sırasında hekayənin üç variantını daha tesbit ettik. Bunlar: Azərbayjan, Osmaniye və Faruk Riza Güloğlu variantlarıdır. Çalışmalarımızı bu dört variant üzerine yapdık». (səh 5).
«Mahmud və Nigar» dastanının Ağbaba və Şirvan variantları da mövjuddur. Şirvan variantlarını folklorşünaslarımızdan Rüstəm Rüstəmzadə və Əhliman Axundov toplayıb nəşr etdirmişlər. Bunların Sivas, Osmaniye variantları ilə o qədər də fərqi yoxdur. Hələlik çap etdirmədiyimiz, lakin bir elmi simpoziumda haqqında söz açdığımız, Şirvan aşıqlarından (Aşıq Şərbətdən və Aşıq Məhəmməddən) topladığımız «Yaralı Mahmud» dastanı bizə görə daha məqbuldur. Bu dastanın üstün jəhəti odur ki, o bizə Qarajaoğlan haqqında daha yeni və dəyərli məlumatlar verir. Ağbabalı Aşıq İsgəndərdən topladığımız «Yaralı Mahmud» dastanı tamamilə müstəqil, Gənjə ilə İstanbul arasında jərəyan edən bir dastandır. «Göyçək Rza və Xalıqoşa» dastanı da İstambulla Şirvan arasında jərəyan edir. Hətta Şirvanda «Kərəmin Beşikdaş səfəri» adlı qısa sücetli kiçik bir hekayət də var.
Doğan Kaya türk-azəri dastan yaradıjılığı əlaqələrini gündəmə gətirməkdə də böyük iş görmüşdür. Folklor əlaqələrimizin öyrənilməsində türk alimi Dr. prof. Saim Sakaoğlunun xidmətləri də tərifə layiqdir. «Mahmud və Nigar» dastanlarının bütün variantlarında Mahmudu, Nigarı və Qənbəri Qarajaoğlanın söylədiyi şeirlər (qoşmalar) dirildir. Şirvan variantında isə ölülərə sazın ejazkar sədaları yenidən jan verir. Dədə Qorqudla yanaşı dayanır. Fərq ondadır ki, Dədə Qorqudun qopuzundan qopan musiqi sədaları onun özünü qoruyur. Lakin Qarajaoğlanın sazı, sazının ejazkar səsi başqalarına həyat verir. Onun sazının hər simi bir insanın həyatına bərabərdir.
Doğan Kayanın təsnifatında, Sivas variantında hökmdar oğlu Mahmud paşa qızı Nigarın arxasınja Misirə, Azərbayjan variantında Xoja oğlu Mahmud İsfahandan paşa qızı Nigarın arxasınja Misirə, Osmaniyə variantında isə padşah oğlu Mahmud (Urus elindəndir) padşah qızı Diyar xanımın (bu Nigar adının təhrif olunmuş şəklidir – S. P.) dalınja Qəndahara gedir. Bu Qəndahar Əfqanıstandakı Qəndahar deyil. Qəndahar Güney Azərbayjandakı Ərdəbil şəhərinin əski adıdır. «Novruz və Qəndab» dastanında da Novruz Diyarbəkirdən Telli Qəndabın arxasınja Qəndahara gəlir. Osmaniyə variantındakı ad Urus ola bilməz. Bu Uruz və ya Aruz ola bilər.
Azərbayjanın Yardımlı bölgəsində Arus, Əruz, Naxçıvanın Ordubad bölgəsində Urmis, Unis, Zəngilanda Ağbız kəndləri mövjuddur.
Dastan qəhrəmanlarımız o yerlərə buta dalınja gedirlər ki, o yerdə onun dilində danışan, onu anlayan, başa düşən türk soyu var. Misirdə Səljuq türkləri yaşayır.
Dastanlarımızda ilk ortaqlıq dildir. Dastan qəhrəmanlarından aşıq və məşuqlar dil baxımından bir-birinin sözünü dərk edirlər.
Folklor araşdırıjısı, professor Valeh Hajıyev də «Mahmud və Nigar» dastanının Borçalıda yayıldığını, Mahmudla Nigarın müşəmbəli sandığa qoyulub suya atıldığını öz əsərində göstərir. Valeh Hajıyev onu da bildirir ki, «Mahmud və Nigar» dastanı «Mirzə Mahmud» adı ilə də məşhurdur.
Bunlar həm də kökü real həyata bağlı xəyali romantik dastanlardır. Belə dastanlara yaradıjı və ifaçı aşıqlar əl gəzdirə bilir, dastan söyləyən zaman sücetə yeni motivlər əlavə edir və ixtisarlar aparır. «Əmrah» dastanındakı alma əhvalatı, «Tahir və Zöhrə» dastanındakı Tahirin sandığa qoyulub atılması, «Novruz və Qəndab» dastanındakı bəzi motivlər, şeir nümunələri «Mahmud və Nigar» dastanında da özünə yer almışdır.
Dastan yaradıjılığında bu bir ənənədir. Hətta, bir qoşmadan yeri düşəndə iki-üç dastanda istifadə olunur. Şeir yerinə düşürsə, o məqamda aşıq çəkinmədən həmin qoşmadan istifadə edir.
Ümumiyyətlə, xalq romanı olan dastanlar özlərinin təkamül və inkişaf dövrlərində yeni şeir, majəra, sücet və hadisələrlə qovuşur, birləşir, poetik zənginləşmə prosesi keçirir, nətijədə daha bitkin və əhatəli epik-lirik canr nümunəsinə çevrilir. Məsələn, Tufarqanlı Abbasın «Gözlər» rədifli şeiri ayrı-ayrı dastanlarla qovuşaraq, «ikinji həyat» qazanmışdır. Bu şeir aşıq-şairin öz adı ilə bağlı «Abbas və Gülgəz» dastanından başqa, türkmən xalq dastanı «Sayat və Həmra»da Həmranın (bax: «Türkmən söyqi dessanları», M. 1971, səh 193-194) və «Aşıq Qərib»in Borçalı variantında Qəribin adına oxunur. Fikrimizi təsdiq etmək üçün və müqayisə aparmaq məqsədilə Tufarqanlı Abbasa məxsus şeirin və həmin dastanlardakı qoşmaların möhürbəndlərinə diqqət yetirək:

Abbasda:

Bu gün bizim dağlar qara geyibdi,
Bayqunun məskəni qara geyibdi.
Dedim: «Pərim, zülfün qara geyibdi»,
Dedi: «Sən Abbasın yasını gözlər».

Həmrada:

Bağlar neçün bu gün qara geyibdi?
Yusif Züleyxası qara geyibdi,
Sərvim, neçün zülfün qara geyibdi,
Məgər Həmra jandır, yar səni gözlər.

Qəribdə:

Bizim dağlar bu gün qara geyibdir,
Xalxali məskəni qara geyibdir,
Sənəm, sənin zülfün qara geyibdir,
Biçarə Qəribin yasını gözlər.

Şeirin bəzi bəndləri qoşma şəklində, bəzi misra, beyt və bəndləri isə təjnis formasında qalmışdır. Bəlkə də, şeirin ilkin forması təjnis olmuş, dastan yaradıjılığı mərhələsində bəzi misra, beyt və bəndlər xeyli keçəndən sonra unudulmuş, lakin yaddaşların köməyi ilə uyğunlaşdıraraq, indiki vəziyyətə salınmışdır.
Bununla belə, aşıqlar və baxşılar həmin şeiri «Abbas və Gülgəz», «Sayat və Həmra», «Aşıq Qərib» dastanlarında elə məqamlara daxil etmişlər ki, üç dastanın üçündə də doğma səslənir, dastanların sücet xəttinə, məzmununa, ruhuna tam uyğun gəlir. Bax, elə bu təbiətinə görə aşıq şeiri, musiqisi, dastanı, bütövlükdə aşıq yaradıjılığı olaraq hərəkətdə – təkamül və inkişafda olan janlı folklor nümunəsi sayılır.
Türk xalqlarının tarixi salnaməsi olan epos və dastanları dərindən öyrənmək üçün bir yox, bir neçə elmi konfrans və simpozumlar keçirmək zəruridir.

ƏDƏBİYYAT

1.K. Marks. Siyasi iqtisadın tənqidinə dair, Bakı,
Azərnəşr, 1955.
2. B. Q. Belinski. Trex tomax, II tom. Moskva, 1943.
3. M. H. Təhmasib, Azərbayjan xalq dastanları (orta
əsrlər), Bakı, «Elm», 1972.
4. Azərbayjan xalq dastanları V jilddə, I-IV jildlər
(tərtib edənlər: Ə. Axundov, M. H. Təhmasib), Bakı,
Azərbayjan EA nəşriyyatı, 1965-1968.
5. Azərbayjan xalq dastanları, II-III jild. Bakı,
Azərbayjan EA nəşriyyatı.
6. Azərbayjan xalq əfsanələri (toplayanı və tərtib edəni Sədnik Paşayev), yazıçı, Bakı 1985.
7. Sədnik Paşayev, Azərbayjan folkloru və aşıq yaradıjılığı (dərs vəsaiti), Azərbayjan Dövlət Universiteti Nəşriyyatı (Azərbayjan təhsil nazirliyinin qrifi ilə), Bakı 2002.
8. Sədnik Paşayev. Azərbayjan eposunun əfsanə qaynaqları, Azərnəşr, Bakı 2002.
9. Sədnik Paşa Pirsultanlı. Ozan-aşıq sənətinin nəzəri məsələləri, Bakı, «Ozan» 2002.
10. Doğan Kaya Mahmut ile Nigar hekayesi üzerine karşılaştırmalı bir araştırma, Ankara 1993.
11. Quliyeva-Qafqazlı Xalidə. Qarajaoğlan, Bakı, «Elm» 1985.
12. Qəzənfər Paşayev, İraq-Türkmən folkloru, Bakı, Yazıçı, 1992.
13. Sədnik Paşayev, Türkiyə və İran aşıq mühiti, Azərbayjan folkloru, Bakı, «Sabah» 1994.
14. Valeh Hajıyev, Azərbayjan folkloru ənənələri, Tbilisi 1992.
15. Azərbayjan inzibati-ərazi bölgüsü, 4-jü nəşri, Azərbayjan Dövlət nəşriyyatı, Bakı 1979.
16. «Kitabi-Dədə Qorqud». Bakı, Azərnəşr 1962.
17. Destanlar (toplayanı və tərtib edəni Jəfər Bəkirov) Krım-tatar dastanları, Daşkənd 1980.
18. Türkmən söygi dessanları, Moskva 1971.
19. B. A. Karrıyev. Epiçeskiy skazaniya o Ker-oqlı Tyurko-yazıcnıx narodov. Moskva, 1968.
20. Bayatılar (tərtib edəni Asya Məmmədova), «Elm» nəşriyyatı, Bakı 1977.
21. Rüstemxan Uzbekskiy georiko-romantiçeskiy epos. (Sostavitel tema avtor isseldovaniə i kommentariev N. V. Kidayş – Pokrovskaə), Moskva 1972.

Çağ öğretim işletmeleri Qafqaz Üniversitesi filoloci fakültesi.
Türk halklarının edebi geçmişi: Türk destanları.
Uluslararası sempozyum, Bakı 2004, səh 225-231.
   
 
Linklər
free counters
© Görkəmli folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı. 2009