ŞƏKİLLƏR

NAĞIL DÜNYAM

S.P.Pirsultanlının nənəsi Leyli xanım


SÖYLƏMİŞ

Pirsultan babamı körpəlikdən bəri yaddaşımda yaşadan,
130 il ömür sürmüş Leyli nənəmə ithaf olunmuş şeirim

Baba ismin körpəlikdən duymuşam,
Nənəm mənə laylasında söyləmiş.
Güllü-çiçəkli, tər bənövşəli,
Xoşbulağın yaylasında söyləmiş.

Yada salmam, mənim körpə çağlarım,
Nənəm yada düşər bərkdən ağlarım,
Görünəndə ağ buludlu dağlarım,
Səngər daşın qayasında söyləmiş.

Havada uçanda göy göyərçinlər,
Bu canım sızlayar, qəlbim inildər,
Sədnik, Pirsultandan yadigar bunlar,
Göyərçinlər yuvasında söyləmiş.

Professor. Dr. Sədnik Paşa Pirsultanlı

VƏTƏNDİ

Bir çiçək də Vətəndi,
Bir ləçək də Vətəndi.
Bir budaq də Vətəndi,
Bir yarpaq da Vətəndi.
Ötən bülbül Vətəndi,
Bir topa gül Vətəndi.
Bir yuva da Vətəndi,
Bir koma da Vətəndi.

Qurban olum,
Bir yanı Dərbənd Vətənə.
Qurban olum,
Bir yanı qürbət Vətənə.
Qurban olum,
Təbrizimə, Göyçəmə,
Qəlbim büründü qəmə,
Bir qəmim də Vətəndi,
Ürəyim də Vətəndi.

AĞIL DÜNYAM

Elmi rəhbərim Məmmədhüseyn Təhməsib mənim ağıl dünyamdı

AŞIQ

Elə bir millətin övladısankı,
Sənin öyünməyə haqqın var aşıq.
Təhmasib aşığa «işıq», deyibdir,
Qəlblərə bir nursan, aşikar, aşıq.

Sazınla ujalır sözün şöhrəti,
Şair yazır, aşıq verir ziynəti.
Qəlbində el ruhu, el məhəbbəti,
Hər sözü tarixdə yadigar aşıq.

Sədnik deyər: unutmaram mən sizi,
Sizlə tapdım ilk jığırı, ilk izi,
Qorqudlu, Abbaslı keçmişimizi,
Yaşaya-yaşaya yaşadar aşıq.

SƏN KİMİ GÜLÜM

Yenidən doğulsaq, sevib sevilsək,
Mən səni sevərdim, sən kimi gülüm?
Dünyaya təzədən baharda gəlsək,
Mən səni sevərdim, sən kimi gülüm?

Bitsən dağ döşündə bir lalə kimi,
Tökülsən qayadan şəlalə kimi,
Çəkərdim başıma piyalə kimi,
Mən səni sevərdim, sən kimi gülüm?

Dağların başında ağ duman olsan,
Sədnikin qəlbində bir güman olsan,
Təzədən dünyaya qayıdan olsan,
Mən səni sevərdim, sən kimi gülüm?

1   -   2   -   3
   
 
Linklər
free counters
© Görkəmli folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı. 2009