ƏSATİR VƏ EPOSUN ƏLAQƏSİ MƏSƏLƏLƏRİ

(«Koroğlu» eposu kontekstində)
D

qiq elmlərdə riyazi düsturlar, fizikanın özünəməxsus qanunları olduğu kimi, folklorun da öz elmi sahəsi, nəzəriyyələri, kəşf olunmuş qanunları vardır. Bunlar gərgin araşdırmalar sayəsində məntiqi nətijə kimi meydana çıxır. Əsatirin potensial enercisi, eposun daxilində stimullaşır. «Koroğlu» epos – dastanının ayrı-ayrı qollarında əsatiri elementlərə rast gəlsək də, əsatirin enercisi «Alı kişi» hissəsində jəmləşmişdir. Burada:
1. İldırım daşından düzəldilmiş Misri qılınj;
2. Çənlibel və oradakı Qoşabulaq, Məşriq – Məğrib (Gündoğan - Günbatan) ulduzlarının toqquşması nətijəsində bulağın gözünə tökülən alov qığıljımları;
3. Alov qığıljımları nətijəsində köpüklənən bulaq suyu; O köpüklü bulaq suyu ilə birlikdə ildırım qığıljımlarını içən Koroğlunun dəli nərəsi;
4. Dəniz ayğırlarından əmələ gəlmiş Qırat və Dürat, Zümrüd
bulağın suyu ilə ətə qana gəlirlər. Əslində Qoşabulaq və Zümrüd bulaq eyni qaynaqdandırlar. Həm də əfsanəyə görə Qoşa bulağın köpüklü suyundan Koroğlu içərkən, Qıratda həmin suyun yuxarı hissəsindən, Dürat isə aşağı hissəsindən su içir. Eyni sudan içdiyi üçün Qırat Koroğlunun qardaşı kimi hərəkət edir.
«Şah İsmayıl» dastanından məlum olduğu kimi, dərvişin
verdiyi qırmızı almanın içindən, onun atı Qəmərday isə qabığından, yəni hər ikisi eyni bir almadan əmələ gəldikləri üçün özlərini qardaş kimi aparırlar. Şah İsmayıl da ilk zamanlar Qırat təki qaranlıqda saxlanılmışdır. Onlar təkjə bəni – insanın baxışından qorxmurlar, eyni zamanda onlar üçün günəş işığı da təhlükəlidir. Qədim dünya əfsanələrində deyilir ki, hafizəsini, yaddaşını yaxşı saxlamaq üçün Homer bilə-bilə öz gözlərini çıxarmışdır.
Bəs bu dəyişmələr, potensial enercinin genetik enerciyə çevrilməsi nə zaman baş verir? Potensial enercilər, yəni əsatirdaxili enercilər eposu gəldikdən və eposdaxili genetik enerciyə çevrilməsindən sonra, Koroğlu Qıratı minib Misri qılınjı belinə qurşadıqdan, sirli-sehirli Çənlibelə sahib olduqdan, Qoşabulağın köpüklü suyundan içib, dəli nərə çəkib düşmən üzərinə hüjuma keçməsindən sonra. Bir sözlə, əsatirdaxili potensial enercini hərəkətə gətirdikdən sonra.
Deməli, bütün bu əsatiri – potensial enerci «Koroğlu» eposuna gələrək genetik enerciyə, qüvvəyə çevrilmişdir. Daha doğrusu, potensial enerci artıq hərəkətə gələrək, dəyişmələrə məruz qalaraq potensial güjünü hərəkətə gətirmiş və genetik enerciyə, qüvvəyə çevrilmişdir.
AMEA-nın müxbir üzvü, prof. dr. Nizami Jəfərov «Qədim (ümumi) türk eposu: genezisi, tipologiyası» adlı məruzəsində yazır: «Epos sadəjə dastan deyil, müxtəlif sücetlər, motivlər verən, mənsub olduğu xalqın ijtimai – estetik təfəkkürünü bütövlükdə ifadə edən möhtəşəm dastan - potensiyadır ». Bu potensiyanı özündə jəmləşdirən ilk növbədə qədim əsatirlərdir ki, hər bir xalqın eposunun nüvəsini təşkil edir və bu bir yaradıjılıq prosesi, təkamülü olaraq əsatirdən eposa gəlir, nətijədə genetik enerci kimi özünü kəşf etmiş olur.
«Türk xalqlarının epos və dastanları bugünkü səviyyəyə çatana qədər uzun və mürəkkəb bir yol keçmişdir. Türk xalqlarının epos və dastanlarının özəyi olan türk dili bu sahədə mühüm rol oynamış, eyni soykökündən olan xalqların bir-birini anlamasında müstəsna rol oynamışdır.
Epos və dastanların meydana gəlməsinə və formalaşmasına elmi jəhətdən yanaşsaq bədii təfəkkürün beş mərhələsindən yan keçə bilmərik.
1. Əsatir – ibtidai insanın fəlsəfi dünyagörüşü;
2. Əfsanə – əsatirlərin epikləşmə dövrü;
3. Nağıl – epik zəminin şaxələnməsi;
4. Epos – hər bir millətin öz sərhədlərini tanıması və
onun qoruyujusu olan qəhrəman seçməsi;
5. Dastan – buna qədər olan yaradıjılıqda musiqi və
şeir yox dərəjəsində idi. Daha konkret desək, xalq öz adət-ənənəsini, şeir və musiqi yaradıjılığını, aşığın məjliskeçirmə qaydalarını və digər ənənələrini hələ formalaşdırmamışdır. Dastan xalqın tarixidir. Dastanda xalqın özü yaşayır. Onun tarixi də, fəlsəfi dünyagörüşü də, tarixən yarana-yarana gələn toy adətləri də, şeiri də, musiqisi də dastandadır. Dastan hər bir xalqın özünün həyat salnaməsidir. Bədii təfəkkürün bu beş etapını V. Q. Belinski çox doğru mənalandırır: «Əsatirsiz – əfsanə və nağıl, bunlarsız epos və dastan ola bilməz».
K. Marksın qeyd etdiyi kimi, əsatir birinji, epos ikinjidir.
Bu o deməkdir ki, eposun xəmiri əsatirlə yoğrulmuşdur. Bu səbəbdən də biz eposda və əsatiri başlanğıjı olan dastanda bir yox, iki tarix axtarmalıyıq. «Koroğlu» epos-dastanında onun nüvəsi olan «Alı kişi» hissəsi eposa, yerdə qalan qollar isə dastana aiddir» .
Mənim doktorluq dissertasiyamı Qazaxıstan Elmlər Akademiyasının folklor şöbəsinə ilkin xariji müdafiəyə göndərmişlər. Şöbəyə akademik Raxmanqul Berdibayev rəhbərlik edir. İstər Raxmanqul Berdibayev, istərsə də onun şöbəsinin əməkdaşları, eləcə də «Azərbayjan xalq əfsanələri və onun tədqiqi problemləri» doktorluq dissertasiyama onlarla alim rəy yazmış və səs vermişdir. Mənim birinji opponentim filologiya elmləri doktoru, professor Fərhad Fərhadov «Koroğlunun Qafqaz versiyası»ndan doktorluq müdafiə etmişdir. İkinji opponentin Uzdiat Bəşirovna Dalqat filologiya elmləri doktoru, Moskva Dövlət Universitetinin professorudur və Dağıstan xalqlarının folklorundan müdafiə etmişdir. Üçünjü opponentin Özbəkistan Elmlər Akademiyasının Daşkənd institutunun aparıjı elmi işçisi, filologiya elmləri doktoru Bahadur Sarımsaqov olmuşdur ki, o da Özbəkistanın tanınmış mütəxəssisidir.
Nizami adına ədəbiyyat institutunda müdafiə zamanı Gürjüstandan filologiya elmləri doktoru, professor, əməkdər elm xadimi, İ. V. Meqrelidze, Qazaxıstandan Dr. professor A. Ablakov, Kabarda – Balkardan prof. Dr. R. Xaşxoyeva, Qırğızıstandan prof. Dr. R. Kadirbayev və bir çox tanınmış alimlər müsbət rəy göndərmişdilər. Dissertasiya aşağıdakı fəsillərdən ibarətdir:
I fəsil - «Əfsanə anlayışı və Azərbayjan əfsanələrinin toplanması, nəşri, tədqiqi tarixindən»
II fəsil - «Əfsanələr Azərbayjan eposunun qaynağı kimi (Kitabi – Dədə Qorquddan Koroğluya)»
III fəsil - «Əfsanələr və Koroğlu eposu»
IV fəsil - «Əfsanələr və yazılı ədəbiyyat (Nizaminin həyatı və əsərləri ilə bağlı əfsanələr)»
Mən bu fəsilləri nə üçün burada xatırlayıram? Ona görə ki, bu əsərdəki nəzəri müddəalarımı istər adını çəkdiyim mütəxəssislər, istərsə də Nizami adına ədəbiyyat institutunun müdafiə şurasının üzvləri, eləjə də o zamankı ittifaqın attestasiya komissyası dissertasiya ilə birlikdə təsdiq etmişlər. Alimlər iki nəzəri müddəanın altından xətt çəkib təqdir etmişlər.
1. Əfsanə tarix deyil. Lakin əfsanə tarixsiz də deyil, onda
tarixi həqiqətin özü, izi və hər hansı bir əlaməti yaşayır.
2. Özülündə əsatir və ya əfsanələr dayanan «Koroğlu»
eposunun bir yox, iki tarixi vardır. Bunlardan birinji eposun əsatir və əfsanələrdən istifadə etmə yolu ilə yarandığı dövr, ikinjisi isə dastanın real bir zəmində formalaşıb meydana çıxdığı dövr, tarix.
«Azərbayjan xalq əfsanələri və onun tədqiqi problemləri» adlı doktorluğun müdafiəsindən sonra, yəni 1990-jı ildən bəri alimlər ya dissertasiyanın özündən və yaxud onun avtoreferatından istifadə etmişlər və əsərlərində sitat olaraq vermişlər.
Bu nəzəri müddəanı əldə əsas tutaraq almanların «Ziqfrid», qırğızların «Manas», osetinləri «Nart» eposlarına, eləjə də başqa xalqalrın eposlarına açar salmaq və onları yeni mövqedən tədqiqata jəlb etmək olar. Bizjə bu nəzəri müddəa milli məhdudluq tanımır, o bəşəri mahiyyət daşıyır. Bu müddəadan hər bir xalq öz qədim epos və dastanının öyrənilməsində istifadə edə bilər.
Hər dəfə epos yaradıjılığına, xüsusilə «Koroğlu» eposuna dair araşdırmalar apararkən yeni bir məsələ diqqəti çəkir.
Bəni - insan baxmasaydı, qırx gün ərzində onun üstünə gün işığı düşməsəydi, Qıratın bir jüt qanadı olajaqdı. Biz bu məsələ ilə maraqlandıqda həmişə Xızır İlyasın Boz atının bir jüt qanadı olduğunu və Aşıq Qəribi öz tərkindən Hələbdən Qarsa, oradan da Tiflis şəhərinə gətirdiyi «Aşıq Qərib» dastanından anlaşılır. Bəs, Azərbayjan folklolrunda atın qanadı olmasına dair əsatirlər və əfsanələr mövjuddurmu? Bəli.
Yerli Azərbayjan əfsanəsinin birində deyilir:
«Bir bəy kasıb bir kişini yanına çağırıb ona yüz manat pul verir. Bildirir ki, mənim atımın hər qulunu dünyaya gələndə üç qanadı olur. Bir jüt qanadı çiynində, biri də içində. Lakin yerə dəydikdə nazik buz təbəqəsi kimi qanadlar çilik-çilik olur. Mənim madyan atım doğajaq. Siz yapınçını götürün, arxasınja gəzin, doğanda qulunu yerə dəyməyə qoymayın.
Kişi o qədər hərlənir ki, taqətdən düşüb yatır. Lakin qəflətən oynanda görür ki, at doğur. Həm də bir nurani kişi yapanjı ilə qulunu tutur. Kasıb yazıq onun əvəzinə qulunu tutduğuna görə nurani kişiyə öz minnətdarlığını bildirir. Nurani kişi bildirir ki, mən bunu sənə görə etmirəm. Mən at sahibi olan bəyin bəxtiyəm. Həmişə onu qoruyuram.»
Deməli, Qıratın qanadları yanmasaydı, onun da üç qanadı olajaqdı. Əfsanədən öyrənirik ki, Qıratın iki qanadları yanıb düşsə də, onun içində olan qanadı qalmışdır ki, onun bu qədər qoçaq mənzil kəsən at olmasına səbəb olmuşdur.
Məlumdur ki, dəniz ayğırının dölündən əmələ gələn Qıratın ilk zamanlar qandaları olmamışdır. Bu qanadları qaranlıqda saxlanılan zaman Zümrüd bulağın suyu Qıratın belində yaratmışdır.
Çənlibeldən, Koroğludan və dəlilərdən sonra yenidən Qaragöldə yaşayan Qıratın qoşa qanadlarının yarandığını və quş kimi Qaragöldən Ağqayaya uçduğunu və onun bəni-insandan qaçdığını görürük. O, bəni-insanın baxışları nətijəsində qoşa qanadlarını itirməsindən qorxur. Laçın rayonundakı «Qaragöl» əfsanəsində deyilir:
«Laçının Minkənd kəndi yaxınlığında bir dağ gölü var. Adına Qaragöl deyirlər. Bu gölün qəribə sirri var. Günəş batandan, Ay doğandan sonra Qaragöldən qoşa qanadlı bir ağ at çıxıb gölün ətrafında otlayır. Bu atı görənlər də olub. At bəni – adəm görən kimi bərkdən kişnər, fini-fini ötər, ya qaçıb tez gölə girər, ya da uçub uca bir dağa qonub, görünməz olar.
Deyilənə görə bu elə Qıratın özüdür. Koroğlu qeybə çəkiləndən sonra o da Çənlibeli tərk edib bu gölü əbədi olaraq özünə məskən seçib.»
Qaragöl - Böyükgöl və yaxud da Qaranlıq göl mənasındadır. Qırat ilkin qanadlarını qapı-bacası bağlı, qaranlıq yerdə Zümrüd bulağın suyundan içmək nəticəsində qazanmışdırsa, Qaragöldə həmin dirilik qaynaqlarından biridir ki, yenidən Qırata qoşa qanad bəxş etmişdir.
Qədimdən qədim olan Azərbayjan yurduna Dədə Qorqud, Nizami və Koroğlu əsatir və əfsanələri elə səpələnmişdir ki, hər qaya, hər daş, əski qalalar, çaylar, bulaqlar, göllər insanla dil açıb danışır. Vəzifə – bu qiymətli əsatir və əfsanələri, bahadırlıq eposlarını və onların süjet parçalarını yorulmadan axtarıb tapmaqdan, səbrlə yazıya almaqdan və tədqiqata cəlb etməkdən ibarətdir.

Sədnik Paşa Pirsultanlı (Paşayev),
filologiya elmləri doktoru, professor

   
 
Linklər
free counters
© Görkəmli folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı. 2009